Türkiyənin "Konyaspor" və "Gənclərbirliyi" klublarının futbolçularında koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçiləri rəsmi saytları vasitəsilə məlumat yayıblar.
 
"Konyaspor" hər həftə həyata keçirilən koronavirus testlərindən bu dəfə birinin müsbət nəticə verdiyini açıqlayıb. Həmin futbolçunun adı açıqlanmayıb. Karantinə alınan oyunçu hazırda özünü yaxşı hiss etsə də, həkim nəzarəti altındadır.
 
"Gənclərbirliyi"ndə də bir gənc futbolçuda koronavirus aşkarlanıb. Adı açıqlanmayan oyunçu karantinə alınıb, xüsusi nəzarətə götürülüb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest