Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Səbail"lə ilk oyunu "Zirə"nin tarixində 75-ci ev görüşü olub. Matç.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, öz meydanında 53 Premyer Liqa, 15 I divizion və 2 UEFA Avropa Liqası oyununa çıxan bakılılar Azərbaycan kubokunda 5-ci dəfə rəqibini qəbul edib.

75-ci oyun 40-cı qələbə ilə də əlamətdar olub. Bu qarşılaşmayadək evdə 39 dəfə qalib gələn "Zirə" 1:0 hesablı qələbə ilə "40"a çatıb.

Bunlardan 27-si Premyer Liqa, 9-u I divizion, 3-ü Azərbaycan kuboku, 1-i UEFA Avropa Liqasına təsadüf edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest