"Bakı" futbol klubunun sabiq vitse-prezidenti Yaşar Seyidovun oğlu Valeh Seyidov cəbhəyə yollanıb.
 
Matc.az xəbər verir ki, vaxtilə müxtəlif yaş qrupu üzrə Azərbaycan millilərinin şərəfini qoruyan Valeh ABŞ-da olmasına baxmayaraq, Azərbaycana qayıdaraq, könüllü olaraq cəbhəyə yollanıb.
 
Valeh Seyidov vaxtilə Azərbaycanda "Bakı", "Keşlə-2" və "Sumqayıt", Portuqaliyada isə "Louletano" klubunda çıxış edib. (Futbol+)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest