Futbol üzrə İran çempionatında yeni mövsümə start verilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Maşinsazi" də 2020/21 mövsümündə ilk matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Şəhr Xodru" ilə qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
 
Xatırladaq ki, Təbrizin daha məşhur "Traktor" klubu ilk turda "Naft"la ev oyununda qolsuz heç-heçəyə razılaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest