Futbol üzrə Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
Lider "Fənərbaxça" bu turda doğma meydanda "Konyaspor"la qarşılaşıb və iki cavabsız qolla məğlub olub. "Trabzonspor" isə "Alanyaspor"la üz-üzə gəlib və heç-heçəyə razılaşıb. Dörd qolun qeydə alındığı "Kasımpaşa" – "Antalyaspor", həmçinin "Ərzurumspor" – "Göztəpə" matçında da qalib müəyyənləşməyib.
 
"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Sivasspor" 8-ci tur çərçivəsində "Qalatasaray"ı qəbul edəcək.
 
Türkiyə Super Liqası
8-ci tur
6 noyabr
 
Qaziantep – Beşiktaş 3:1
Qol: Miralyas, 44. M.Demir, 63. K.özer, 90+7 – Larin, 61.
 
7 noyabr
 
Kasımpaşa – Antalyaspor 2:2
Qol: Koyta, 8. Hodziç, 65 – V.Sarı, 72. S.Sam, 90+1.
 
Alanyaspor – Trabzonspor 1:1
Qol: Kaulker, 50 – Kaulker, 59-öz qapısına.
 
Ərzurumspor – Göztəpə 1:1
Qol: Novikovas, 67-pen – Ndiaye, 13.
 
Fənərbaxça – Konyaspor 0:2
Qol: Yevtoviç, 67. Kravets, 77.
 
8 noyabr
 
14:30 Ankaragücü – Fatih Karagümrük
14:30 Yeni Malatyaspor – Dənizlispor
17:00 Başakşəhər – Gənclərbirliyi
17:00 Kayserispor – Hatayspor
20:00 Sivasspor – Qalatasaray

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest