Futbol üzrə İspaniya 2-ci liqasında 11-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Leqanes"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Eddi 24-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Albasete" 11 turdan sonra 10 xalla 22 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest