"Bavariya" Almaniya Bundesliqasının 7-ci turu çərçivəsində "Borussiya"ya (Dortmund) 3:2 hesabı ilə qalib gəlib.
 
Matc.az xəbər verir ki, bu qələbə David Alabanın 200-cü Bundesliqa qələbəsi olub.
 
28 yaşlı müdafiəçi bu göstəriciyə ən tez çatan futbolçu olaraq rekord qırıb. Belə ki, Alaba 200-cü qələbəyə 272 oyunda çatıb.
 
2010-cu ildən Münhen klubunun şərəfini qoruyan müdafiəçinin müqaviləsi cari mövsümün sonunda başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest