İtaliyanın "İnter" klubunun zədəli futbolçusu Romelu Lukaku sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə baş məşqçi Antonio Konte məlumat verib:
 
"Lukaku son məşqlərimizdə iştirak etdi. O, böyük ehtimalla "Atalanta" ilə oyunda meydanda olacaq".
 
çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Şaxtyor"la oyunda (0:0) zədələnən belçikalı futbolçu, 3-cü turda "Real"la matçı (2:3) buraxmışdı.
 
"Atalanta" – "İnter" oyunu bu gün, saat 18:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest