"Real"ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan karyerasını Almaniyanın 2-ci Bundesliqasında davam etdirə bilər.
 
Matc.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu "Ersgebirge" klubuyla danışıqlar aparır. Danışıqların uğurla irəlilədiyi bildirilir.
 
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov da "Ersgebirge"nin şərəfini qoruyur.
 
Oktyabrın əvvəlində "Almeriya"ya ayrılan Zidan hazırda azad agentdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest