"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 6:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Xalqımız təbrik edirəm. Şuşanın alınmasını rəsmi olaraq eşidəndə hisslər tamam fərqli olur. Hamımızın qəlbində Şuşanın yeri başqadır. Oyundan danışmağa ehtiyac yoxdur. Bir komandanın istədiyi hər şey alınır, bir komandada yox. Rəqibə uğurlar arzu edirəm. Milliyə gedən futbolçular olacaq, onlara və milli komandamıza uğurlar arzu edirəm. Bu gün biz çempionatda liderliyə yüksəldik.
 
- Musa Qurbanlı milliyə dəvət alıb və bu gün ilk qolunu vurdu. Onun perspektivlərini necə dəyərləndirərdiz? 
- Mənim üçün gözlənilməz oldu. Sevindirici haldır ki, bu yaşda milliyə dəvət alıb. Millidə olmaq, təcrübəli futbolçuların yanında təcrübə qazanmaq gənc futbolçulara böyük dəstəkdir. Oğlumdur deyə, haqqında çox danışmayacam, amma çox çalışmalıdır. Mən komandadakı gənc futbolçuları bir-birindən ayırmıram, hamısı mənim oğlumdur. Gənc futbolçuların millidə olmasına müsbət baxıram.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest