Futbol üzrə İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindən olan "Vilyarreal" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Xetafe" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.
 
Hazırda 18 xalı olan "Vilyarreal" 2-ci pillədə qərarlaşıb.
 
"Qarabağ" Avroliqanın qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşdığı "Vilyarreal"la oyundan 1:3 hesabıyla məğlub ayrılıb. Növbəti oyun dekabrın 11-də İspaniyada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest