PSJ Fransa çempionatının 10-cu turu çərçivəsində "Renn"ə 3:0 hesabı ilə qalib gəlib.
 
Matc.az xəbər verir ki, Paris klubu bu qələbəylə Fransa çempionatında rekorda imza atıb.
 
Belə ki, komanda ardıcıl 5 oyunda üç və daha çox qol vuraraq qalib gəlib. Bu, Liqa 1 tarixinin ən yaxşı göstəricisidir.
 
10 turdan sonra 24 xal toplayan PSJ turnir cədvəlinə liderlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest