Futbol üzrə Moldova çempionatında 18-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Kodru Lozova" ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.
 
Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
 
18 turdan sonra 24 xalı olan "Dinamo-Avto" 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest