Futbol üzrə Fransa Liqa 1-də 10-cu tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
"Lill" "Brest"lə səfər oyunundan məğlub ayrılıb. "Monako" isə "Nitsa" səfərindən inamlı qələbə ilə dönüb. Turnir cədvəlində 6-cı sırada qərarlaşan Lion "Olimpik"i bu turda "Sent-Etyen"i məğlub edib.
 
8 qolun qeydə alındığı "Lans – Reyms", eləcə də "Mets" – "Dijon" oyunlarında qalib müəyyənləşməyib. "Loryan" evdə "Nant"a, "Nim" isə "Anje"yə uduzub.
 
Fransa Liqa 1
10-cu tur
6 noyabr
 
Strasburq – Olimpik (Marsel) 0:1
Qol: Sanson, 72.
 
7 noyabr
 
Bordo – Monpelye 0:2
Qol: Molle, 49. Delor, 66.
 
PSJ – Renn 3:0
Qol: M.Kin, 11. Di Maria, 21; 73.
 
8 noyabr
 
Brest – Lill 3:2
Qol: Pyerr-Qabriel, 15. Perro, 19. Kardona, 42 – B.Yılmaz, 45+2-pen; 57.
 
Lans – Reyms 4:4
Qol: Banza, 21. Foket, 77-öz qapısına. Sotoka, 90; 90+1 – Kafaro, 47. Dia, 54; 81. Medina, 79-öz qapısına.
 
Loryan – Nant 0:2
Qol: Bamba, 80. Blas, 83.
 
Mets – Dijon 1:1
Qol: Yade, 21 – Balde, 13.
 
Nim – Anje 1:5
Qol: Kone, 90+1 – Pereyra, 1. Bahoken, 23; 56. Dioni, 82. Kabot, 90+3.
 
Nitsa – Monako 1:3
Qol: Melu, 69 – Disasi, 23. Diop, 53.
 
Olimpik (Lion) – Sent-Etyen 2:1
Qol: Kadevere, 65; 74 – A.Lopes, 40-öz qapısına.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest