"Qarabağ"a qarşı keçən oyunda səhvlər etmişdik". Matç.az saytının məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olan paytaxt təmsilçisi 0:1 hesabı ilə uduzub.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Əhmədov fikrini bu sözlərlə davam etdirib: "çalışdıq ki, müdafiədə kompakt oynayaq və rəqibi əks-hücumlarda yaxalayaq. Bəzən bu, alınırdı. Kubok oyununda futbolçular psixoloji cəhətdən hazır olmalıdı. Bir səhv hər şeyi dəyişə bilir. Komanda müdafiədə yaxşı oynadı. Hücumda keyfiyyətli çıxış edə bilmədik. Qarşıda cavab görüşü var. Cütün taleyinə ayın 20-də aydınlıq gələcək. Bu gün hiss elədim ki, komandada görüləsi işlər çoxdu. Belə məğlubiyyətlə hələ heç nə itirilməyib. Cavab oyununda daha diqqətli oynamağa çalışacağıq".

- Rəqibin "Qarabağ" olduğunu nəzərə alsaq, 0:1 komandanız üçün üstünlükdü?

- Mümkünsüz heç nə yoxdu. çalışacağıq ki, cavab matçında daha yaxşı oynayaq və qələbə qazanaq. Asan olmayacaq, ancaq bacara bilərik.

- Klub prezidenti Zaur Axundov hakimlikdən narazı görünürdü...

- Hamı görür ki, cərimə zərbəsi təyin olunursa, məsafə 9 metr olmalıdı, daha 12 metr yox. Diqqətli olmaq lazımdı. Cavan hakimlər təyinat alır. Amma səhvlər oyunun gedişinə təsir edir. Avropa futbolundan zövq alırıq, amma bizdə hər toxunuşa fit səslənir. Narazılıq olursa, deməli, var da.

- Conatan Ayite əvəzlənəndə nə isə deyirdi...

- Mənim üçün də qaranlıq qaldı. Araşdıracağıq ki, görək nə baş verdi. Hər oyunçu sona qədər oynamaq istəyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest