"Bavariya" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Yozua Kimmix zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Dünən əməliyyat olunan 25 yaşlı futbolçu ən tez yanvarda yaşıl meydanlara qayıdacaq.
 
Kimmix "Bavariya"nın Bundesliqanın 7-ci turu çərçivəsində "Borussiya"ya (Dortmund) qarşı keçirdiyi səfər matçında (3:2) zədələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest