"Barselona"nın futbolçusu Ansu Fati əməliyyat olunacaq.
 
Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, Fatinin bu gün əməliyyat olunacağı bildirilib. 17 yaşlı futbolçunun sağalma müddəti 2 ayı çəkəcək.
 
Fati "Barselona"nın İspaniya La Liqasının 9-cu turu çərçivəsində doğma meydanda "Betis"ə 5:2 hesabı ilə qalib gəldiyi oyunda zədələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest