Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edib.
 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
 
"Noyabrın 9-da Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 PDM-i zərbə PUA-ları ilə məhv edilib", - məlumatda qeyd edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest