"Neftçi" və "Xəzər Lənkəran"ın fiziki hazırlıq üzrə sabiq məşqçisi Canni Melkiorre Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi uğurlara biganə qalmayıb.
 
Matc.az xəbər verir ki, Şuşanın işğaldan azad olunması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edən italyan mütəxəssis xalqımızı təbrik edib:
 
"Həyatımın vacib və unudulmaz illərini keçirdiyim Azərbaycanı, oradakı insanları və bu gözəl ölkədəki çoxsaylı dostlarımı torpaqların azad olunması münasibətilə təbrik edirəm. Gələcəkdə onlara xoşbəxtlik, sevgi, xüsusilə də sülh arzulayıram".
 
Qeyd edək ki, Melkiorre "Neftçi" və "Xəzər Lənkəran"la yanaşı, Türkiyənin "Qalatasaray", Rumıniyanın "Astra", "Petrolul" və çFR klublarında da işləyib.
 
Melkiorre ilə yanaşı, "Neftçi" və "Sabah"ın sabiq yarımmüdafiəçisi Erik Ramos da sosial şəbəkə hesabında Şuşanın işğaldan azad olunması ilə bağlı fotolar paylaşıb. Paraqvaylı futbolçu bununla Azərbaycana dəstəyini nümayiş etdirib. Həmin fotoları təqdim edirik:
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest