21 yaşadək futbolçulardan ibarət İsveçrə milli komandası ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, yığmanın üzvü Noa Okafor millinin toplanışına qatıla bilməyəcək.
 
Bu barədə yerli futbol assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Okafor formasını geyindiyi "Zalsburq"un (Avstriya) 6 futbolçusunda koronavirus aşkarlandığı üçün karantinə alınıb və ölkəsi İsveçrəyə qayıda bilmir. 20 yaşlı hücumçu bu səbəbdən Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan və Fransa ilə oyunlarını buraxmalı olacaq.
 
21 yaşadək futbolçulardan ibarət İsveçrə millisi noyabrın 12-də Azərbaycan, 17-də isə Fransadan olan həmyaşıdları ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest