Noyabrın 11-də, saat 23:45-də, "Stoyiçe" stadionunda keçiriləcək Sloveniya - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Sloveniya milli komandası
10 noyabr
Saat 17:30. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Azərbaycan milli komandası
10 noyabr
Saat 20:00. Mətbuat konfransı
Saat 20:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Hər iki mətbuat konfransı və açıq məşq oyunun keçiriləcəyi "Stoyiçe" stadionunda təşkil olunacaq. Tədbirlərin saatı Bakı vaxtı ilə göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest