"Real" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Kərim Benzema zədələnib.
 
Bu barədə AS nəşri məlumat yayıb. La Liqanın 9-ci turunun "Valensiya" ilə matçında (1:4) zədələnən fransız hücumçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Benzema bu mövsüm "Real"la 11 oyunda 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest