"Yuventus"un futbolçusu Kriştiano Ronaldo zədələnib.
 
Matc.az xəbər verir ki, portuqal hücumçu A Seriyasının 7-ci turunun "Latsio" ilə səfər matçında topuğundan zədələnib.
 
Oyuna davam edə bilməyən Ronaldo 76-cı dəqiqədə Paulo Dibala ilə əvəzlənib.
 
Portuqaliya yığmasının hücumçusunun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
"Latsio" – "Yuventus" matçı qollu bərabərliklə bitib – 1:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest