Futbol üzrə İsveç çempionatında mövsümün qalibi məlum olub.
 
Matc.az xəbər verir ki, 27-ci turda doğma meydanda "Sirius"u 4:0 hesabıyla məğlub edən "Malmö" sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
 
Yon Dal Tomassonun rəhbərlik etdiyi kollektiv 56 xalla liderdir və ən yaxın izləyicisini 10 xal qabaqlayır. "Malmö" klub tarixində 24-cü çempionluğunu qazanıb.
 
Tomasson bu ilin yanvarından "Malmö"nü çalışdırır. 44 yaşlı mütəxəssis 2016-2020-ci illər aralığında Danimarka yığmasında baş məşqçilik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest