"Barselona"nın gənc hücumçusu Ansu Fati sol dizindəki menisk yırtığından əməliyyat olunub.
 
Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə əməliyyatın uğurlu keçdiyi bildirilib. 18 yaşlı oyunçunun təxminən 4 ay yaşıl meydanlardan uzaq qalacağı diqqətə çatdırılıb.
 
Qeyd edək ki, Fati La Liqanın 9-cu turunda "Betis"lə matçda (5:2) zədələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest