Madrid "Real"ı daha bir futbolçusunu itirib.
 
Matc.az xəbər verir ki, La Liqa nəhənginin yarımmüdafiəçisi Federiko Valverde sıradan çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. La Liqanın 9-cu turunun "Valensiya" ilə matçında (1:4) zədələnən futbolçu tibbi müayinədən keçib. Valverdenin bir müddət məcburi istirahət edəcəyi diqqətə çatdırılsa da, onun dəqiq nə vaxt sıraya dönəcəyi açıqlanmayıb.
 
Xatırladaq ki, "Real"ın hücumçusu Kərim Benzema da "Valensiya" ilə görüşdə ağır zədə alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest