La Liqada oktyabr ayının ən yaxşı məşqçisi və futbolçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, "Real Sosyedad"ın çalışdırıcısı İmanol Alquasil ötən ayın ən yaxşısı seçilib.
 
Bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb. Oktyabrın ən yaxşısı seçilməyə "Qranada"nın baş məşqçisi Dieqo Martineslə onun "Kadis"dəki həmkarı Alvaro Kerverunu da namizəd idi.
 
Qeyd edək ki, Alquasilin rəhbərliyi altında "Real Sosyedad" oktyabrda üç qələbə qazanıb. Komanda hazırda La Liqada liderdir.
 
"Real Sosyedad"ın futbolçusu Mikel Oyarzabal da oktyabrın ən yaxşı oyunçusu elan olunub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest