İtaliyanın "Fiorentina" klubuna yeni baş məşqçi təyin olunub.
 
Matc.az xəbər verir ki, Florensiya təmsilçisini bundan sonra İtaliya millisinin sabiq baş məşqçisi çezare Prandelli çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 63 yaşlı mütəxəssis bu postda Cüzeppe Yakinini əvəzləyib.
 
A Seriyasında 7 turdan sonra cəmi 8 xala malik "Fiorentina" 20 kollektiv arasında 12-ci yerdə qərarlaşıb.
 
Son olaraq "Cenoa"ya rəhbərlik edən Prandelli daha əvvəl də "Fiorentina"nı çalışdırıb. O, 2005-2010-cu illər aralığında Florensiya təmsilçisinin uğurları üçün çalışıb. Təcrübəli mütəxəssis bu komandanı UEFA çempionlar Liqasına çıxaran sonuncu baş məşqçi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest