Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 2-8 noyabr aralığında 1646 nəfərdən koronavirus testi götürüldüyü, yalnız 4 nəfərdə yoluxma faktı qeydə alındığı diqqətə çatdırılıb.
 
Bununla da 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 52-yə çatıb.
 
Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun 10 gün karantində qalacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest