"Qarabağ"ın futbolçusu Filip Ozobiç yaxın gələcəkdə Azərbaycan millisinin şərəfini qoruya bilər.
 
Matc.az xəbər verir ki, bu barədə Xorvatiyanın "İndex.hr" saytı məlumat yayıb.
 
Xorvatiyalı futbolçunun Azərbaycan Premyer Liqasının son turunda – "Neftçi"ylə qarşılaşmada (6:0) het-trik etdiyini vurğulayan mənbə onun millidə çıxışı üçün maneənin olmadığını bildirib. 2016-cı ildən bəri Premyer Liqada çıxış edən Ozobiç martda – Azərbaycanda 5 ili tamam olduqdan sonra yığmada oynamaq haqqı əldə edəcək.
 
2018-ci ildən "Qarabağ"ın şərəfini qoruyan xorvatiyalı futbolçu daha əvvəl Azərbaycanda "Qəbələ"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest