"çətin oyun oldu. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Aktivimizə növbəti qələbəni yazdırdıq. Cavab matçında da eyni səylə mübarizə aparmalıyıq. Bilirik ki, rəqibin meydançası çox pis durumdadı. Amma yenə də bugünkü kimi əlimizdən gələni etməliyik ki, müsbət nəticə qazanaq ". Matç.az saytının məlumatına görə, bunu "Qarabağ"ın müdafiəçisi Vild-Donald Gerye deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Keşlə"ni qəbul edən Ağdam təmsilçisi meydanı 1:0 hesablı qalibiyyətlə tərk edib. Qarşılaşmadan sonra "Qarabağ"ın haitili futbolçusu jurnalistlərin suallarını cavablandırıb.

- ötən mövsüm "Sumqayıt"ı ilk oyunda məğlub etsəniz də, səfərdə 0:2 uduzaraq, kubokda mübarizəni dayandırmışdınız...

- Əlbəttə, xatırlayıram. çünki mən özüm də həmin oyunun iştirakçısı olmuşam. Keçmiş adama çox şeylər öyrədir. Amma indiki vəziyyət tamam başqadı. Müsbət nəticə əldə etmək üçün cavab oyununda da bütün gücümüzlə çalışacağıq.

- çempionatda "Keşlə"ni 5:1 hesabı ilə məğlub etsəniz də, bu gün cəmi 1 qol vura bildiniz. Səbəb nə oldu?

- Düzdü, çempionatda böyük fərqlə qalib gəldik. Ancaq rəqib də komandadı, onların da hissləri var. Təsəvvür edin, sizi bir dəfə döyən şəxslə yenidən qarşılaşırsınız. Nə edəcəksiniz? Təbii ki, müdafiə olunacaqsınız. Ancaq əsas qələbə qazanmaq idi ki, bunu da bacardıq. İndi nğövbəti oyuna köklənmək lazımdı.

- "çemodan" əhval-ruhiyyəsindəsiniz?

- Hamı kimi, bizim də istirahətə ehtiyacımız var. Ailəmi ildə 1-2 dəfə görmək imkanım olur. Sonuncu dəfə milli komandanın düşərgəsinə gedəndə ailəmi görə bilmədim. çünki onlar bizim məskunlaşdığımız yerdən 8 saatlıq məsafədə yaşayırlar. Ailəm mənim üçün çox önəmlidi. Yəqin ki, siz də bu cür düşünürsünüz. Ancaq qarşıda hələ bir oyun var. Bütün diqqətimizi həmin cavab görüşünə yönəltməliyik.

- Sizə sual verilsə ki, Azərbaycanda ilin ən yaxşı əcnəbi futbolçusu kimdi: siz, yoxsa Miçel? Azarkeş olsaydınız, kimə səs verərdiniz?

- Əlbəttə ki, özümə səs verərdim. Yaxşı mövsüm keçirmişəm və özümü ən yaxşı sayıram.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest