Hazırda "Keşlə" adlanan Bakı "İnter"inin sabiq prezidenti Georgi Nikolov Azərbaycanı qələbə münasibəti ilə təbrik edib.
 
Matc.az xəbər verir ki, bolqarıstanlı funksioner bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
 
"Qələbən mübarək, Azərbaycan! Xalqınız üçün sülh və firavanlıq arzulayıram!"
 
Qeyd edək ki, Nikolov 2006-2015-ci illər aralığında "İnter" klubunun prezidenti olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest