Mats Hummels (Borussiya, Dortmund), Tomas Müller (Bavariya) və Jerom Boatenq (Bavariya) bir daha Almaniya yığmasına dəvət olunmayacaq.
 
Matc.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Yoahim Löv açıqlama verib.
 
O, sözügedən oyunçulardan danışarkən bunları söyləyib: "Qərara gəldik ki, Hummels, Müller və Boatenqə bir daha dəvət göndərməyək. Biz yarıyolda qala bilmərik. Yəqin ki, alternativ senarilər barədə düşünməli olacağam, amma bu oyunçular millidə olmayacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest