Futbol üzrə Portuqaliya çempionatında sentyabr və oktyabr aylarının ən yaxşı futbolçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, hər iki ayın ən yaxşısı "Portu"nun müdafiəçisi Pepe olub.
 
Bu barədə çempionatın rəsmi saytı məlumat yayıb. Ən yaxşı adına "Braqa"dan Rikardo Eşqay və "Sportinq"in müdafiəçisi Nuno Mendes də iddialı idi.
 
Qeyd edək ki, hazırda 37 yaşı olan Pepe bu yaxınlarda "Portu" ilə 3 illik yeni müqaviləyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest