Futbol üzrə Sloveniya millisinin baş məşqçisi Matyaj Kek Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq matçından öncə mətbuat konfransı keçirib.
 
Matc.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Azərbaycan yığmasını San Marino ilə müqayisə edib:
 
"Azərbaycan fiziki cəhətdən güclü və oyun tərzinə sahib olan komandadır. San Marinodan tamamilə fərqli və keyfiyyətli kollektivdir. Qarşılaşmanın Millətlər Liqasındakı Kosovo və Yunanıstana qarşı matça yaxşı hazırlıq olacağını düşünürəm. Bu hazırlıq matçı olacaq, yoldaşlıq görüşü yox. Nəticə həmişə, hətta sabah da vacibdir. Altı əvəzetmə imkanı var və oyunun ortalarında az forma şansı əldə edənlərə fürsət verə bilərik".
 
Qeyd edək ki, noyabrın 11-də keçiriləcək Sloveniya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest