İngiltərənin "Mançester Yunayted" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Premyer Liqanın 8-ci turunda "Everton"la (3:1) qarşılaşmada zədələnən müdafiəçi Lyuk Şou uzun müddət komandasına kömək edə bilməyəcək.
 
Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb. Görüşün ikinci hissəsində bud nahiyəsindən xəsarət alaraq əvəzlənən 25 yaşlı sol cinah oyunçusunun 4-6 həftə komandasına kömək edə bilməyəcəyi açıqlanıb. Bu isə o deməkdir ki, İngiltərə millisinin üzvü üçün 2020-ci il bitib.
 
Qeyd edək ki, Lyuk Şou ötən mövsüm də oxşar zədə səbəbindən bir müddət komandasına kömək edə bilməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest