Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Canni de Byazinin baş məşqçisi olduğu yığmamız Sloveniya ilə yoldaşlıq görüşünə çıxıb.
 
Bu, komandamızın 2020-ci ildə ilk yoxlama oyunu idi. Bunadək Millətlər Liqasında 4 qarşılaşmaya çıxan de Byazinin yetirmələri növbəti iki ciddi sınaq öncəsi hazırlığını yoxlayıb.
 
Lyublyananın "Stoyitse" stadionunda baş tutan qarşılaşmada qapılara qol vurulmayıb.
 
Yoxlama oyunu
11 noyabr
 
Sloveniya – Azərbaycan 0:0
Baş hakim: Ferens Karako (Macarıstan).
Lyublyana. "Stoyitse" stadionu.
 
Sloveniya: 1. Vid Belets, 2. Neyts Skubiç, 7. Yosib İliçiç (k), 8. Sandi Lovriç, 10. Miha Zayç, 11. Tim Matavj, 14. Yasmin Kurtiç, 17. Miha Mevlya, 19. Mario Yurçeviç, 20. Adam Qnezda çerin, 23. Kenan Bayriç.
Ehtiyat oyunçular: 1. Yan Oblak, 16. Matyaş Rozman, 3. Yure Balkoveç, 4. Miha Blajiç, 5. Nino Kuter, 6. Jaka Biyol, 9. Andraj Şporar, 13. Domen çrniqo, 15. Damyan Bohar, 18. David Tiyaniç, 21. Benjamin Verbiç, 22. Amedey Vetrih.
Baş məşqçi: Maytaj Kek.
Azərbaycan: 1. Emil Balayev, 18. Anton Krivotsyuk, 5. Maksim Medvedev (k), 15. Bədavi Hüseynov, 19. Təmkin Xəlilzadə, 21. Amin Seydiyev, 6. Vüqar Mustafayev, 21. İsmayıl İbrahimli, 3. Azər Salahlı 11. Mahir Emreli, 17. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Aydın Bayramov, 2. Mert çelik, 4. Rahil Məmmədov, 8. Coşqun Diniyev, 9. Musa Qurbanlı, 10. Rəhim Sadıxov, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 17. Vüsal İsgəndərli, 22. Xəyal Nəcəfov.
Baş məşqçi: Canni De Byazi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest