Fransa yığması ilə dünya çempionu olmuş Fabyen Bartez məşqçiliyə başlayıb.
 
Matc.az xəbər verir ki, sabiq qapıçı bundan sonra Fransanın "Tuluza" klubunda məşqçi kimi çalışacaq.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Bartez qapıçılarla iş üzrə məşqçi təyin olunub.
 
Qeyd edək ki, Bartez məhz "Tuluza"nın yetirməsidir. O, karyerası ərzində "Monako" ilə iki dəfə Fransa çempionu olub. Marsel "Olimpik"i ilə UEFA çempionlar Liqasını qazanıb, "Mançester Yunayted"lə İngiltərə çempionluğunu əldə edib. Qolkiper Fransa yığması ilə dünya, Avropa çempionu olub, Konfederasiyalar Kubokunda baş mükafata sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest