Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra I Divizionun 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
"Sumqayıt-2" – "Turan Tovuz" oyununun 78-ci dəqiqəsində "Sumqayıt"ın futbolçusu Nurlan Quliyev "kobud oyun"a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. Polis nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. "Turan Tovuz"un nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub.
 
"Qaradağ Lökbatan" – "Kəpəz" oyununda "Kəpəz"in futbolçusu Qaraxan Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Stadion əməkdaşları "A" buraxılış vərəqəsindən istifadə etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunub. Oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub.
 
"Sabah-2" – "Qarabağ-2" oyununda "Sabah"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
"Neftçi-2" – "Keşlə-2" oyununda "Keşlə"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest