"Boka Xuniors"un yarımmüdafiəçisi Kristian Pavon karyerasını Avropada davam etdirməyə hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Argentina millisinin üzvü İngiltərəyə köçə bilər.

çünki "Arsenal" gənc futbolçunun xidmətində maraqlıdı. "Topçular"ın baş məşqçisi Unay Emeri sürəti ilə diqqət çəkən 22 yaşlı oyunçunun transferi üçün rəhbərliyə müraciət edib. Hələ mövsümün əvvəlində də Pavonla maraqlanan "Arsenal" yanvarda bu keçidi reallaşdırmaqda israrlıdı. Bu məqsədlə Argentina klubu ilə danışıqlara start verilib.

Qeyd edək ki, yay fasiləsində "Barselona" da Pavonun keçidində maraqlı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest