Futbol üzrə Gürcüstan milli komandasının iki futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Gürcüstan millisində Xviça Kvaratsxeliya və Levan Şengeliyada koronavirus aşkarlanıb. Hər iki futbolçu karantinə alınıb.    
 
Gürcüstan yığması sabah Aç-2020-nin pley-off mərhələsi çərçivəsində Şimali Makedoniya ilə qarşılaşacaq. Tbilisidə, "Dinamo Arena"da keçiriləcək görüş saat 21:00-da start gətürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest