"Neftçi"nin baş məşqçi vəzifəsinə yeni təyinat olub.
 
Matc.az xəbər verir ki, klubun Müşahidə Şurasının qərarı ilə komandanı Samir Abasov çalışdıracaq.
 
Bu barədə "ağ-qaralar"ın rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2021/22 mövsümünün sonunadək müqavilə bağlanıb.
 
Qeyd edək ki, Abasov 2003/04 mövsümündə "Neftçi"də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi "Sumqayıt" (2015-2018) və "Zirə" (2018-2019) klublarında çalışıb. 
 
Abasov "Neftçi"də bu gün istefaya göndərilən Füzuli Məmmədovu əvəz edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest