Türkiyənin "Göztəpə" klubunun prezidenti Mehmet Sepil koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Türkiyə Klublar Birliyinin də rəhbəri olan funksionerdən götürülən koronavirus testi pozitiv nəticə verdiyi üçün ev şəraitində karantinə alınıb. Onda xəstəliyin hər hansı simptomuna rast gəlinmədiyi diqqətə çatdırılıb.
 
Türkiyə mətbuatı Sepilin bu səbəbdən Klublar Birliyinin sonuncu toplantısına qatılmadığını yazıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest