İngiltərə millisinin və "Liverpul"un müdafiəçisi Co Qomes zədələnib.
 
Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu yığmanın düşərgəsində xəsarət alıb.
 
Onun zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacağı iddia olunur.
 
"Liverpul" son dövrlərdə Vircil van Deyk, Fabinyo və Trent Aleksander-Arnoldun da xidmətindən məhrum olub.
 
Qeyd edək ki, Qomes bu mövsüm "qırmızılar"ın heyətində 7 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest