21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

Matc.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu matçını keçirib.

2-ci qrupda mübarizə aparan Milan Obradoviçin yetirmələri İsveçrə ilə qarşılaşıb. Qrupun itkisiz irəliləyən lideri ilə görüş səfərdə baş tutub.

Aktivindəki 6 xalla 5-ci sırada qərarlaşan milli səfərdəki məğlubiyyət seriyasına son qoymağa çalışıb. Belə ki, yığma rəqib meydanında keçirdiyi bütün görüşlərdə uduzmuşdu. Bu oyunda da futbolçularımız hesabı açdıqları görüşdən məğlubiyyətlə ayrılıblar.

Qeyd edək ki, bu gün qrupumuzda daha iki matç baş tutacaq. Gürcüstan öz meydanında Slovakiya, Lixtenşteyn isə Fransa ilə qarşılaşacaq.

Aç-2021-in seçmə mərhələsi
2-ci qrup

12 noyabr

İsveçrə – Azərbaycan 2:1
Qol: B.Toma, 49. F.Stoyilkoviç, 90+1 – O.C.Kökcü, 22.
Baş hakim: Kaspar Syiberq (İsveç)
Tyun. "Tyun Arena".

İsveçrə: 1. Filipp Kön, 3. Silvan Sidler, 5. Sedrik Zesiger, 6. Toni Domqyoni, 7. Noa Okafor, 8. Bastien Toma, 11. Andi Zegiri, 17. Kastriot İmeri, 19. Miro Muheim, 22. Feliks Mambimbi, 23. Yan Bamert (k).
Ehtiyat oyunçular: 12. Amir Saipi, 21. Antoni Racioppi, 2. Leonidas Stergyuo, 10. Petar Pusic, 13. Leo Seydu, 15. Aleksandre Yankvits, 16. Simon Som, 18. Nedim Bayrami, 20. Filip Stoyilkoviç.
Baş məşqçi: Mauru Lustrinell.
Azərbaycan: 12. Kamran İbrahimov, 3. Arsen Ağcabəyov, 5. Nihad Tamazov, 6. Hacıağa Hacılı (k), 7. Elvin Cəfərquliyev, 8. Veysəl Rzayev, 10. Fərid Nəbiyev, 17. Toral Bayramov, 19. Rauf Hüseynli, 20. Rüfət Abdullazadə, 23. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 22. Əkbər Vəliyev, 2. Elçin Mustafayev, 4. İdris İnqilablı, 9. Məhəmməd Mustafa Yıldırım, 13. Rüfət Əhmədov, 14. ümid Səmədov, 18. Samir Məhərrəmli.
Baş məşqçi: Milan Obradoviç.

İsveçrə – 24
Fransa – 21
Gürcüstan – 12
Slovakiya – 9
Azərbaycan – 6
Lixtenşteyn – 3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest