"Düşünürəm ki, Azərbaycanla oyunda meydana ən yaxşı komanda çıxacaq. Bir daha deyirəm ki, komandadakı ab-havadan məmnunam. Futbolçuların istəyi və futbola sevgisi hər gün bir az daha artır"

Futbol üzrə Monteneqro yığmasının baş məşqçisi Faruk Hecibegiç Qazaxıstana qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında UEFA Millətlər Liqasında Azərbaycan və Kiprə qarşı keçirəcəkləri oyunlardan da söz açıb.
 
63 yaşlı mütəxəssis bunları söyləyib: "Lüksemburqdan asılı olmağımıza baxmayaraq, qarşıdakı iki oyunda qələbə qazanmaq niyyətindəyik. Bəlkə də əsas rəqibimiz büdrəyəcək. Amma əvvəlcə öz matçlarımıza baxmalıyıq. İki çətin komandanı məğlub etməliyik. Heyəti tam müəyyənləşdirməmişəm. Düşünürəm ki, Azərbaycanla oyunda meydana ən yaxşı komanda çıxacaq. Bir daha deyirəm ki, komandadakı ab-havadan məmnunam. Futbolçuların istəyi və futbola sevgisi hər gün bir az daha artır".
 
Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki "İvan Laljak-İviç" stadionunda keçiriləcək Azərbaycan - Monteneqro oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest