"Yoldaşlıq oyunu çətin keçdi, xeyli güc sərf etdik. Əsas odur ki, uduzmadıq. Bu cür meydanda oynamaq çətindir. Ona görə də istənilən səviyyədə çıxış etmədik. Digər önəmli məqam qol buraxmamağımızdır"

Futbol üzrə Monteneqro yığmasının yarımmüdafiəçisi Aleksandr Bolyeviç Qazaxıstana qarşı keçirdikləri yoldaşlıq oyununu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra ölkəsinin mətbuatına verdiyi açıqlamada UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan və Kiprə qarşı keçirəcəkləri oyunlardan da söz açıb.
 
Belçika "Standard"ında çıxış edən 25 yaşlı hücumameylli yarımmüdafiəçi artıq bütün diqqətlərini son 2 qarşılaşmaya yönəltdiklərini söyləyib:
 
"Yoldaşlıq oyunu çətin keçdi, xeyli güc sərf etdik. Əsas odur ki, uduzmadıq. Bu cür meydanda oynamaq çətindir. Ona görə də istənilən səviyyədə çıxış etmədik. Digər önəmli məqam qol buraxmamağımızdır.
 
Qarşıda bizi iki vacib oyun gözləyir. Azərbaycanla ilk görüşdə onlardan daha yaxşı olduğumuzu göstərdik. Bəlkə də bu rəqiblə neytral meydanda oynayacağımız üçün bir qədər rahatıq. Hər iki matçdan qələbə gözləyirəm. Daha sonra isə Lüksemburqun xal itirməsinə ümid etməliyik. çünki hər şey onlardan asılıdır. Bu komanda Avropa futbolunun qaymağı deyil. Ona görə də büdrəyə bilərlər".
 
Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki "İvan Laljak-İviç" stadionunda keçiriləcək Azərbaycan - Monteneqro matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest