Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubunda koronavirusa yoluxan şəxslərin sayı artıb.
 
Matc.az xəbər verir ki, 1-ci liqa təmsilçisində daha 5 oyunçu, 1 məşqçi və klubun 3 işçisinin koronavirus testi müsbət nəticələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Beləliklə, Bolu təmsilçisində hazırda 8 futbolçu, 1 məşqçi, 1 tibb işçisi və klubun 4 əməkdaşı koronavirus səbəbindən karantinə alınıb.
 
Qeyd edək ki, Araz Abdullayev Azərbaycan yığmasının 3 oyun üçün hazırkı təlim-məşq toplanışına çağırılmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest