"Neftçi"nin yeni baş məşqçisi Samir Abasovun köməkçiləri müəyyənləşib.
 
Matc.az xəbər verir ki, 42 yaşlı mütəxəssisin məşqçilər korpusunda Seymur Rəhimov və Vəfadar Quliyev yer alacaq.
 
Qeyd edək ki, Samir Abasov 2003/24 mövsümündə "Neftçi"də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi "Sumqayıt" (2015-2018) və "Zirə" (2018-2019) klublarında çalışıb. Abasov "Neftçi"nin baş məşqçi postunda Füzuli Məmmədovu əvəz edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest