Konqolular bu oyundan 2:0 hesablı qələbə ilə ayrılıblar. Brazzavildə baş tutan oyun İbara üçün əlamətdar olub. Start heyətində meydana çıxan və 90-cı dəqiqədə əvəzlənən forvard qələbədə əsas pay sahiblərindən birinə çevrilib. Belə ki, 77-ci dəqiqədə hesabı açan forvard dörd dəqiqə sonra məhsuldar ötürmə ilə yadda qalıb.

Futbol üzrə Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirilib.
 
Matc.az xəbər verir ki, qrup mərhələsinin 3-cü turunda "Neftçi"nin hücumçusu Prins İbaranın formasını geyindiyi Konqo yığması Esvatini ilə qarşılaşıb.
 
Konqolular bu oyundan 2:0 hesablı qələbə ilə ayrılıblar. Brazzavildə baş tutan oyun İbara üçün əlamətdar olub. Start heyətində meydana çıxan və 90-cı dəqiqədə əvəzlənən forvard qələbədə əsas pay sahiblərindən birinə çevrilib. Belə ki, 77-ci dəqiqədə hesabı açan forvard dörd dəqiqə sonra məhsuldar ötürmə ilə yadda qalıb. 
 
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran Konqo qrupda ikinci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest